تبلیغات
قتیل العبرات - İmam Zamanını (əc) zühuru göydən gələn uca bir səsəmi bağlıdır? Ondan əvvəl zühur olacaqmı?
 
قتیل العبرات
قال رسول الله صلی الله علیه وآله: ان الحسین مصباح الهدی وسفینة النجاة
درباره وبلاگ



مدیر وبلاگ : محمدعلی بیکی افین
نظرسنجی
مطالب این وبلاگ را چگونه ارزیابی می کنید؟








برچسبها

Sualın xülasəsi
İmam Zamanını (əc) zühuru göydən gələn uca bir səsəmi bağlıdır? Ondan əvvəl zühur olacaqmı?
Sual
İmam Zamanın (əc) qəti zühur əlamətlərindən biri Qədr gecəsi bütün göy aləmini uca bir səsin bürüməsi və hamının bu səsi eştiməsidir. Sual burdadır ki, biz bu il Qədr gecəsində belə bir səsi eşitmədik. Bu o demək demyilmi ki, bu il zuhur olmayacaq?
Qısa cavab
 İmam Zamanın (əc) qəti zühur əlamətlərindən biri Qədr gecəsi bütün göy aləmini uca bir səsin bürüməsidir. Rəvayətlərə görə bu səs “seyhə” və ya “səs” adlanır və mübarək ramazan ayının 23-cü Qədr gecəsi və cümə axşamı ilə üst-üstə düşür.[1]  Bütün dünya əhli öz qulaqları ilə bu səsi eşidəcəklər. Bu səsin sahibi İmam Zamanı (əc) adı və atasının adı ilə çağıracaq və insanları O Həzrətə itaət etməyə dəvət edərək İmamın artıq zuhur müjdəsini insanlara çatdıracaqdır.[2] Bu nişanə rəvayətlərdə nəql olunmuş beş qəti zühur nişanələriindən biri sayılır. Ömər ibn Hənzələ İmam Sadiqdən (ə) nəql edir: “İmam Zamanının (əc) zühurundan əvvəl beş qəti nişanə var. Onlar bunlardır: Yəmənlinin xuruc etməsi, Süfyaninin xüruc etməsi, göydən gələn uca səs, Nəfsi Zəkiyyənin öldürülməsi və Bəyda məntəqəsində yerə batması”[3]
 Qəti əlamətlə qeyri-qəti əlamət arasında fərq bundan ibarətdir ki, qeyri-qəti zühur nişanəsi arada heç bir maneənin şərt olmasını nəzərə almadan baş verməsi deməkdir; yəni, ola bilsin hansısa bir mane qarşıya çıxsın və həmin əlamət baş tutumasın və nəticədə nişanədən də xəbər olmasın. Amma bu əlamətin müqabilində bəzi qəti zühur əlamətləri var ki, onların baş verməsindən ötrü heç bir maneə ola bilməz və baş verməsi qətidir. Ona görə də bu nişanənin baş tutmasında heç bir şəkk və şübhə yoxdur.[4]
 Bütün bunlarla bərabər Allah-Taala üçün olan “bəda” haqqını yəni, hər bir hadisənin yalnız Onun iradə və istəyi əsasında olmasını nəzərə almaq lazımdır; yəni, ola bilər hətta, qəti nişanələrdə də bəda (yəni, Allahın məsləhəti ilə hadisələrin başqa səmtdə dəyişməsi) baş versin və həmin hadisə baş vermədən zühur olsun.[5]  Bu mövzunu İmam Cavad (əleyhissalam) hədislərdə qeyd etmiş və zəhurun qəti niişanələrində də bədanın baş verə biləcəyinə işarə etmişdir. Əbu Əhaşim, Davud ibn Qasim Cəfəri nəql edir: Mən, O Həzrətdən soruşdum: Ən qəti işlərdə də Allahın bəda məsələsi ola bilər? İmam (əleyhissalam) buyurdu: “Bəli!” Yenə O Həzrətdən soruşdum: Bəs belə olan halda, qorxuram ki, İmam Zamanımız (əc) haqqında da Allahın bəda məsələsi baş versin! İmam (əleyhissalam) buyurdu: “İmam Zaman (əc) məsələsi Allahın qəti vədələrindəndir və Allah-Taala heç vaxt vədəyə xilaf getməz”[6]
 Belələiklə, ən yaxşı əməl odur ki, şiələr bütün hallarda İmam Zamanın (əc) yolunu gözləsinlər və zühurun yaxın olmasını bilsinlər. Çünki, İmam Zamanın (əc) zühurunun əsli qəti ilahi vədələrdəndir.
 

[1] Şeyx Səduq, Kəmalud-din və təmamun-nemət, mühəqqiq və düzəliş verən;  Ğəffari, Əli Əkbər, c.2; səh.650; Darul-kutubul islamiyyə, Tehran, ikinci çap, 1395  h.qəməri ili, Zühurun nişanələri, 29-cu suala cavab;
[2] Kurani, Əli, Əsriz-Zuhur, səh.248; Məktəbətul-əlamil-islami nəşriyyatı, Qum, birinci çap, 1408 h.qəməri ili
[3] Şeyx Səduq, Kəmalud-din və təmamun-nemət, c.2; səh.650
[4] Amuli, Seyyid Cəfər Mürtəza, Dirasətu fi əlamətu zuhur, səh.47-48; Əl-mərkəzül İslamiyyə liddirasat, Beyrut, dördüncü çap, 1424-cü h.qəməri.
[5] Amuli, Seyyid Cəfər Mürtəza, Dirasətu fi əlamətu zuhur, səh.47-48; Əl-mərkəzül İslamiyyə liddirasat, Beyrut, dördüncü çap, 1424-cü h.qəməri.
[6] İbn Əbi Zeynəb Nemani, Məhəmməd ibn İBrahim, Əl-Ğeybət, təhqiq və düzəliş verən: Ğəffari Əli Əkbər, səh.303, Nəşr Səduq, Tehran, birinci çap, 1397 h.qəməri ili.
http://www.islamquest.net/az/archive/question/fa24054


نوع مطلب :
برچسب ها :
لینک های مرتبط :
نظرات ()
جمعه 20 اردیبهشت 1398 07:59 ق.ظ
Do you mind if I quote a couple of your articles as long as I provide credit
and sources back to your blog? My website is in the very same area of interest as yours
and my users would certainly benefit from some of the information you provide here.
Please let me know if this ok with you. Thanks!
شنبه 14 شهریور 1394 04:13 ب.ظ
با سلام کسب درامد واقعی فقط با عضویت و کلیک بر روی تبلیغات پول دربیارید اونم به صورت روزانه اگر زرنگ باشی میتوانی روزانه بین 1000 تا 30000 تومان دربیاری
100 درصد واقعی پس فرصت را از دست نده از الان به فکر اینده خود باش لینک اثبات حرفای من
http://p30up.ir/images/zwyj3r7j7dzjpkwrv6l.jpg

ببینید و تصمیم بگیرید
 
لبخندناراحتچشمک
نیشخندبغلسوال
قلبخجالتزبان
ماچتعجبعصبانی
عینکشیطانگریه
خندهقهقههخداحافظ
سبزقهرهورا
دستگلتفکر





آمار وبلاگ
  • کل بازدید :
  • بازدید امروز :
  • بازدید دیروز :
  • بازدید این ماه :
  • بازدید ماه قبل :
  • تعداد نویسندگان :
  • تعداد کل پست ها :
  • آخرین بازدید :
  • آخرین بروز رسانی :
امکانات جانبی